Obameyanq: "Bavariya"ya heç vaxt keçməyəcəm"

19:05 - 20 Yanvar 2017

Dortmund "Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq gələcək karyerası haqda danışıb.

 

Sportal.az xəbər verir ki, qabonlu hücumçulçu "sport1" nəşrinə verdiyi açıqlamasında Dortmundda nə qədər qalacağını bilmədiyini açıqlayıb.

 

27 yaşlı forvardın sözlərinə görə yaxşı təklif olsa, klub onu sata bilər:

 

"Dəqiq deyə bilməyəcəm. Bilmirəm burada hələ nə qədər qalacağam. Bəlkə 2,3,5 ya da 10 il. Gələcəkdə nə olacağını heç kim deyə bilməz. Yayda yaxşı təklif olsa, "Borussiya" məni sata da bilər. "Bavariya"? Bu komandaya heç vaxt keçməyəcəm"

Xəbər xətti