"Neftçi"ni ələ salan futbolçu aşağı liqa klubunda

00:50 - 21 Yanvar 2017

Çexiya millisinin üzvü Lukaş Droppanın yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Yarımmüdafiəçi ölkənin I liqasında mübarizə aparan "Bandırmaspor" klubuna transfer olub.

 

Qeyd edək ki, Lukaş Droppa "Tom"dan ayrıldıqdan sonra "Neftçi"dən təklif almışdı. Ancaq o, aşağı yerlərdə qərarlaşan "Neftçi"yə keçməkdən imtina etmişdi. Millinin üzvü verdiyi açıqlamada bunları bildirmişdi:

 

"Neftçi"yə keçməyə çox yaxın idim. Amma araşdırdım ki, komanda hazırda autsayderdir. Düzdür, yaxşı pul təklif edilmişdi. Ancaq autsayder komandaya gedə bilmərəm. Azərbaycanda yalnız "Qarabağ"ın təklifinə "bəli" deyərəm".

Xəbər xətti