Sabiq "Zirə"li Portuqaliya klubundan ayrıldı

12:57 - 21 Yanvar 2017

"Zirə"nin sabiq futbolçusu Nelson Bonilya Portuqaliyanın "Nasional" klubundan ayrılıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə Salvador millisinin üzvü özü məlumat verib. O, əsas heyətə düşməkdə çətinlik çəkdiyi və az oynamaqdan razı qalmadığı üçün belə bir qərar verdiyini açıqlayıb.

 

Qeyd edək ki, Bonilya mövsümün əvvəlində "Zirə"dən "Nasional"a transfer olunmuşdu. Paytaxt klubu onun transferindən 100 min avro qazanmışdı.

Xəbər xətti