"Zirə" Nigeriya millisinin sabiq üzvünü transfer etdi

13:35 - 21 Yanvar 2017

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” transfer çalışmalarını da davam etdirir.

 

Sportal.az xəbər verir ki, bu gün “qartallar”ın sırasına daha bir futbolçu qoşulub. Qəsəbə təmsilçisi nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.

 

Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının da formasını geyinib.

Xəbər xətti