"Kəpəz" təlim-məşq toplanışını yekunlaşdırdı

14:16 - 21 Yanvar 2017

Premyer Liqada mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən “Kəpəz” təlim-məşq toplanışını yekunlaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər”ə iki günlük istirahət verilib. Gəncə təmsilçisi məşq prosesini yanvarın 23-də bərpa edəcək. Komanda qarşıdakı həftə boyunca “İnter”lə çempionat oyununa hazırlaşacaq. Bakı təmsilçisiylə səfər görüşü süni qazonda keçiriləcəyindən, “Kəpəz” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşqə çıxacaq.

 

Komandanın heyətində zədəli futbolçu yoxdu. Son günlərdə soyuqdəymədən əziyyət çəkən Vüqar Bəybalayevin səhhətindəki problemlər aradan qalxıb. Odu ki, yarımmüdafiəçi gələn həftədən komanda ilə birgə məşqlərə qatılacaq.

Xəbər xətti