"Yuventus"un sabiq hücumçusu "Qəbələ"də

14:58 - 21 Yanvar 2017

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qəbələ" ikinci transferinə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Bolqarıstan millisinin sabiq üzvü Valeriy Bojinovu heyətinə qata bilər.

 

Bu barədə "hotsport.rs" saytı məlumat yazıb. Belə ki, tərəflər arasında 2018-ci ilə qədər sözləşmə imzalandığı bildirilir.

 

Məsələ ilə bağlı "Qəbələ"nin də mövqeyini öyrənməyə çalışdıq. Klubdan 30 yaşlı oyunçunun təklif olunan futbolçular arasında olduğunu bildirsələr də, əlavə məlumat verə bilməyəcəklərini söylədilər.

 

Qeyd edək ki, 2015-ci ildə millidə karyerasını başa vuran Bojinov yığma forması ilə meydana çıxdığı 43 oyunda 6 qol vurub. O, karyerası ərzində "Yuventus", "Fiorentina", "Mançester Siti", "Parma" kimi klublarda çıxış edib. Onun son klubu isə Serbiya "Partizan"ı olub. (Futbol11.az)

Xəbər xətti