Pol Poqba: "Vəzifəm qol vurmaq deyil"

17:52 - 21 Yanvar 2017

"Mançester Yunayted"in ulduz futbolçusu Pol Poqba açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yayda 105 milyon avro qarşılığında "Yuventus"dan transfer olunan yarımmüdafiəçi vəzifəsinin qol vurmaq olmadığını bildirib:

 

“Hər kəs gözləyir ki, çoxlu qollar vurum. 105 milyon avroya transfer edilən oyunçudan qol vurması və komandasına qələbə qazandırmasını istəyirlər. Amma mənim vəzifəm qol vurmaq deyil. Oyun ərzində çox çalışıram. Təbii ki, fürsət düşəndə qol vururam. Ancaq mən mərkəz oyunçusuyam".

 

Qeyd edək ki, Poqba bu mövsüm 6 qol vurub və 4 assist edib.

Xəbər xətti