Bolqarıstan klubu azərbaycanlı futbolçu ilə bağlı qərar verdi

18:32 - 21 Yanvar 2017

Bolqarıstan yüksək liqasında çıxış edən “Slaviya” klubu düşərgəsində baxışda olduğu azərbaycanlı futbolçu Mirkamil Həşimli ilə bağlı qərarını açıqlayıb.

 

Sportal.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Vladimir İvanov 21 yaşlı yarımmüdafiəçini geri göndərdiklərini söyləyib:

 

“Mirkamil pis futbolçu deyil, öz futbolçularımızla eyni səviyyədədir. Bizim siyasətimiz isə ondan ibarətdir ki, əsas komandada öz məktəbimizdən yetişmiş futbolçulara daha çox yer verək".

 

Qeyd edək ki, Mirkamil Həşimli 2006-cı ildə "Fənərbaxça"nın heyətində Türkiyənin U-15 Liqasında oynayıb. Sol ayağından ciddi zədə alan gənc oyunçu Azərbaycana qayıtmalı olub. Ötən mövsümü "Rəvan"da keçirmiş Həşimli hazırda klubsuzdur.

 

Xəbər xətti