"Neftçi"də az şans qazanırdım"

23:00 - 21 Yanvar 2017

I Divizionda çxış edən "Səbail" Antalya toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "aslanlar"ın yeni transferlərindən olan Orxan Qurbanlı klubun rəsmi "facebook" səhifəsinə açıqlamalar verib. 21 yaşlı yarımmüdafiəçi komandaya transferini və Antalya toplanışını dəyərləndirib:

 

"Neftçi"də az şans qazanırdım. Oyun praktikamı və təcrübəmi artırmaq baxımından "Səbail" ən ideal seçim idi ki, bu səbəbdən də hazırda komandadayam. "Səbail" olduqca perspektivli klubdur. Komanda üçün yaradılan şərait Premyer Liqa klublarından geri qalmır. Bura gəldiyim üçün xoşbəxtəm.

 

Antalya toplanışımız yüksək səviyyədə keçir. Gündə iki dəfə olmaqla məşqlərimizi intensiv şəkildə davam etdiririk. Bütün fikrimizi II dövrənin ilk oyununa yönəltmişik. Komandamız yeni transferlərlə daha da güclənib. İnanıram ki, çempionatda öz sözümüzü deməyi bacaracağıq".

Xəbər xətti