Dəniz Yılmazlı "Bursaspor" uduzdu

23:18 - 21 Yanvar 2017

Türkiyə superliqasında 18-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” öz meydanında “Adanaspor”u qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

 

Oyuna start heyətdə başlayan Dəniz Yılmaz matçın 83-cü dəqiqəsində Sərcan Yıldırımla əvəzlənib.

 

Qeyd edək ki, "Bursaspor" 27 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti