"Qəbələ"nin hazırlıq planında dəyişiklik

00:44 - 22 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ", hazırlıq müddətində 5 yoxlama matçı keçirməyi planlaşdırsa da, sonuncu sınaq oyunundan imtina edib.

 

Sportal.az xəbər verir ki, buna səbəb zədəli futbolçuların olmasıdı. Belə ki, Baqali Dabo, Məhəmməd Mirzəbəyovdan sonra Elvin Camalov da zədələnib. O, hazırda fərdi məşqlə kifayətlənir.

 

Murad Musayev isə ötən ilin dekabrında əməliyyat olunub. 

 

Xəbər xətti