Kamranla Eminin yoxluğu "Boavişta"ya təsir etmədi VİDEO

11:39 - 22 Yanvar 2017

Portuqaliya Premyer Liqasında XVIII turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, tur çərçivəsində millimizin üvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" klubu səfər sınağına çıxıb. Portu təmsilçisi "Aroka"nın qonağı olub. Matç "Boavişta"nın qələbəsi ilə başa çatıb - 1:2. Bu qələbə ilə "Boavişta" aktivinə növbəti 3 xalı yazdırıb və turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.


Portuluların əsas qapıçısı olan Kamran Ağayev cəzalı olduğu üçün bu oyunda iştirak edə bilməyib. Emin Mahmudovun adı matçın iştirak ərizəsinə daxil edilsə də, o, sonadək ehtiyat oyunçular skamiyasında əyləşib. 

 

Xəbər xətti