"Şahdağ" "Neftçi"ni məğlub etdi

14:25 - 22 Yanvar 2017

“Neftçi”nin əvəzedici heyəti təlim-məşq toplanışını başa vurub.

 

Sportal.az xəbər verir ki, əvəzedici komanda hazırlıq prosesi çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. “Bayıl Arena”da baş tutmuş görüşdə "Neftçi"nin əvəzediciləri “Şahdağ” (Qusar) klubu ilə qarşılaşıb. Oyun "Şahdağ"ın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.


Qeyd edək ki, “Neftçi” bundan əvvəlki yoxlama oyunlarında “Səbail” (1:3), “Şərurspor” (4:1) klubları və “İnter”in əvəzedici heyəti (2:0) ilə üz-üzə gəlib.

 

Xəbər xətti