Ramil Şeydayev "Trabzonspor"a lazım deyil

14:49 - 22 Yanvar 2017

Bu gün Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq “Trabzonspor” dünən İstanbula yola düşüb.

 

Sportal.az xəbər verir ki, Qaradəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal İstanbula apardığı heyətdə 4 futbolçuya yer verməyib. Millimizin hücumçusu Ramil Şeydayevlə yanaşı, Bero, Akakpo və Abdülkadir Ömür “Kasımpaşa” ilə səfər oyununa aparılmayıb.

 

Xatırladaq ki, mövsümün ilk yarısında əsas heyətə düşməkdə çətinlik çəkən Şeydayevin “bordo-mavilər”dən ayrılacağı gözlənilir.

 

“Kasımpaşa” - “Trabzonspor” oyunu bu gün saat 17:00-da start götürəcək.

 

Xəbər xətti