Əzizovlu "Den Boş"dan darmadağın

17:02 - 22 Yanvar 2017

Hollandiya II Liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" səfərdə "De Qrafşap"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Den Boş" 21 turdan sonra 29 xalla 20 komanda arasında 12-cidir.

Xəbər xətti