Dario Frederiko qərarını verdi

16:00 - 22 Yanvar 2017

"Kəpəz"in legioneri Dario Frederikoya tezliklə komandaya qoşulacaq.

 

Sportal.az xəbər verir ki, Renan Alveşlə Dario İstanbuldakı kəskin hava şəraitinə görə "Kəpəz"in sıralarına gec qoşulmalı idilər. Renan Gəncə təmsilçisinin düşərgəsinə gəlsə də, Darionun gəlişi növbəti dəfə təxirə düşmüşdü. 

 

Buna səbəb isə Darionun düşərgəyə daha gec qoşulması ailə problemləri ilə bağlıdı. Futbolçunun atasının vəziyyəti ürəkaçan deyil. Dario atası komada olduğu üçün klubun düşərgəsinə gec qayıtmalı olub.


Qeyd edək ki, braziliyalı hücumamyeilli yarımmüdafiəçinin "Kəpəz"ə gəlməyəcəyi ilə bağlı xəbərlər də yayılmışdı.

 

 

Xəbər xətti