"Şapekoense" dəhşətli təyyarə qəzasından sonrakı ilk oyununa çıxdı FOTOLAR

18:44 - 22 Yanvar 2017

Ötən ilin noyabr ayının 29-da Kolumbiyada baş tutan təyyarə qəzasında futbolçularının böyük hissəsini itirən Braziliyanın "Şapekoense" klubu dünən qəzadan sonra ilk dəfə yaşıl meydanlara çıxıb.

 

Sportal.az xəbər verir ki, heyətini yeniləyən "Şapekoense" digər Braziliya təmsilçisi "Palmeyras"la yoxlama matçında üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Qarşılaşmanın 71-ci dəqiqəsində qəzada həlak olan 71 nəfərin xatirəsi 1 dəqiqəlik yad edilib. Yoxlama oyununu isə 20 min azarkeş stadiondan izləyib. Faciə zamanı sağ qalan jurnalist Rafael Henzel oyunu şərh edib. Bu oyun üçün dünyanın bir çox ölkəsindən 241 jurnalistə akkreditasiya qeydiyyatı verilib.

 

Sağ qalan futbolçulara isə "Libertadores" kuboku və qızıl medalları təqdim edilib.

 

 

Xəbər xətti