"Qarabağ" "Termalika"nı uddu, "Atırau"ya uduzdu

21:21 - 22 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

 

Sportal.az-ın xəbərinə görə, Ağdam klubunun ilk rəqibi Qazaxıstanın "Atırau" komandası olub. Bu oyunda Qurban Qurbanovun futbolçuları 0:1 hesabı ilə uduzub. 

 

Günün ikinci qarşılaşmasında isə "Qarabağ" Polşa yüksək liqa təmsilçisi "Termalika" (hazırda turnir cədvəlində 4-cü yeri tutur) klubu üz-üzə gəlib. Bu görüş Bakı vaxtı ilə saat 18:30-da start götürməli olsa da, nəzərdə tutulan vaxtdan 8 dəqiqə gec başlayıb. Matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb

 

"Qarabağ" - "Termalika" - 3:2 
Qollar:
Ağabala Ramazanov, 5 (1:0), Dino Ndlovu, 13 (2:0), Bədavi Hüseynov, 26-avtoqol (2:1), 76 (3:1)
 

"Qarabağ"ın heyəti: Şahruddin Maqomedaliyev, Ansi Aqolli, Elvin Yunuszadə, Bədavi Hüseynov, Maksim Medvedyev, Qara Qarayev, Miçel, Rahid Əmirquliyev, Dani Kintana, Ağabala Ramazanov, Dino Ndlovo, 

 

"Qarabağ" - "Atırau" - 0:1 
 

"Qarabağ"ın heyəti: 13. İbrahim Şehiç (Boyan Şaranov, 46), 10. Muarem Muarem, 11.Mahir Mədətov (Elşən Abdullayev, 66), 3. Eltun Turabov, 4. Elçin Rəhimli (Reynaldo, 72), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (Vüqar Nadirov, 46), 23. Elgün Uluxanov, 91. Coşqun Diniyev

Xəbər xətti