Qurban Qurbanov: "Hər iki oyundan razı qaldım"

21:32 - 22 Yanvar 2017

"Qarabağ" bu gün iki yoxlama oyunu ("Qarabağ" - "Atırau" 0:1, "Qarabağ" - "Termalika" 3:2) keçirərək təlim-məşq toplanışına yekun vurub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov bugünkü oyunlar və təlim-məşq toplanışı ilə bağlı öz fikirlərini bildirib:
 
"Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar. Ümumiyyətlə, təlim-məşq toplanışından razı qaldım, hər bir futbolçu işlərinə ciddi yanaşdılar, yaxşı hazırlaşdıq. Hələ tam olaraq hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".

 

Xəbər xətti