Ramilsiz "Trabzonspor" qələbə qazandı

21:39 - 22 Yanvar 2017

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə superliqasında növbəti oyununa çıxıb.


Sportal.az xəbər verir ki, "Bordo-mavililər" səfərdə "Kasımpaşa" ilə qaşılaşıb. Matç Trabzon təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ramil Şeydayev sözügedən qarşılaşmada iştirak etməyib.

 

"Kasımpaşa" - "Trabzonspor" - 0:1
Qol:
Emmanuel Mas, 45

 

Xəbər xətti