"Kadis" Eddi İsrafilova ehtiyac duymur

10:12 - 23 Yanvar 2017

İspaniya ikinci liqasında 22-ci tura yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun formasını geydiyi “Kadis” öz meydanında “Almeriya”nı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

İsrafilov matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. 

 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran Eddinin komandası turnir cədvəlində üçüncü yeri tutur. 

Xəbər xətti