Məşhur futbolçunun "Qəbələ"yə keçidi baş tutmadı

10:20 - 23 Yanvar 2017

Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinovun "Qəbələ"yə keçidi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçunun formasını geyindiyi "Partizan" klubu bu transferin reallaşmasına icazə verməyib. Məsələ ilə bağlı Belqrad təmsilçisinin idman direktoru, keçmiş futbolçu İvitsa İliev də danışıb. O, bildirib ki, Bojinov mövsümün sonuna qədər "Partizan"ı tərk etməyəcək.

 

Qeyd edək ki, Bojinov karyerasını ərzində "Fiorentina", "Yuventus", "Mançester Siti", "Parma" və "Sportinq" kimi məşhur komandalarda forma geyinib. Valeri 2015-ci ildən "Partizan"ın uğurları üçün çalışır.

Xəbər xətti