Amit Quluzadənin debütü baş tutmadı

10:41 - 23 Yanvar 2017

Yunanıstan Super Liqasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Amit Quluzadənin üzvü olduğu AEL “Platanias”ı qəbul edib. Oyun qolsuz bərabərliklə nəticələnib. Amitin adı oyunun iştirak ərizəsinə salınmayıb.

 

Xatırladaq ki, qış fasiləsində AEL-lə anlaşan həmyerlimiz hələ də, yeni klubunda debüt etməyib.

 

Hazırda hesabında 15 xal olan AEL, 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti