Bolqarıstan millisinin üzvü Azərbaycana gəlir? - 80 min avroya

11:04 - 23 Yanvar 2017

Bolqarıstan millisinin və “Neftximmik”in hücumçusu Ventsislav Xristov Azərbaycandan təklif alıb.

 

Sportal.az Bolqarıstanın “24 çasa” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu üçün Qazaxıstan və Azərbaycan klubları təklif göndərib. “Neftximmik” hücumçunu transfer etmək istəyən klublardan 80 min avro təzminat tələb edir.

 

Qeyd edək ki, mənbədə Xristovun xidmətində maraqlı olan klubların adı qeyd edilməyib.

 

Əlavə edək ki, Ventsislav Xristov bu mövsüm Bolqarıstan çempionatında 11 oyun keçirib və 3 qol vurub. 

Xəbər xətti