"Boavişta"nın baş məşqçisi Kamranı əvəz edən qapıçı haqda: "İstədiyimiz kimi çıxış etdi"

12:40 - 23 Yanvar 2017

Millimizin üvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” Portuqaliya Premyer Liqasının 18-ci turunda səfərdə “Aroka”nı 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, Portu təmsilçisinin baş məşqçisi Migel Leal cəzalı Kamran Ağayevin əvəzinə qapıda duran Mikael Leyradan razı qaldığını bildirib:

 

“Qış fasiləsindən sonra istədiyimiz kimi çıxış etdiyimizi söyləyə bilərəm. Bu tempdə davam etməliyik. Hədəflərimizə çatmaq üçün dayanmaq olmaz. Qapı mövqeyində bir az çətinlik yaşayırıq. Amma Leyra bu oyunda həyəcansız idi. İstədiyimiz kimi çıxış etdi”.

 

Xatırladaq ki, Kamran Ağayev “Benfika” ilə matçdakı hərəkətlərinə görə 3 oyun+1500 avro cəzalandırılıb. Emin Mahmudov isə”Aroka”ya qarşı oynamayıb.

 

Qeyd edək ki, “Boavişta” Prmyer Liqada 24 xalla 8-cidir.

Xəbər xətti