Amit Quluzadə şans qazanacaq? - Baş məşqçidən açıqlama

15:00 - 23 Yanvar 2017

Azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi AEL klubu Yuannıstan Super Liqasının 16-cı turunda “Platanias”la 0:0 hesablı heç-heçə edib. Quluzadənin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

 

Sportal.az xəbər verir ki, oyunda sonra Larissa təmsilçisinin çalışdırıcısı Sakis Tsiolis açıqlama verib. 57 yaşlı mütəxəssis şans qazanmayan futbolçular haqda da danışıb:

 

“Azarkeşlərimiz də səbirli olsun. Komandada gərginlik var. Vəziyyəti dəyişəcəyimizə inanırıq. Aktivimizdə olan 15 xalın üzərinə bacardığımız qədər xal əlavə edəcəyik. Heyətə ola bilsin ki, bir neçə futbolçu da cəlb edək. Çünki heyətimiz geniş deyil. Amma bu, dəqiq deyil. Şans qazanmayan və heyətə yeni cəlb olunan futbolçular da növbəti oyunlarda iş başında olacaq”.

 

Qeyd edək ki, AEL Super Liqada 15 xalla 16 komanda arasında 13-cüdür.

Xəbər xətti