"Real"da 2 ciddi itki

15:49 - 23 Yanvar 2017

"Real"ın futbolçuları Luka Modriç və Marselo La Liqanın 19-cu turunda "Malaqa" ilə matçda zədələniblər.


Sportal.az xəbər verir ki, hər iki futbolçunun durumuna aydınlıq gəlib. Luka Modriç 2, Marselo isə 3-4 həftə Madrid təmsilçisinə kömək edə bilməycək.

 

Xatırladaq ki, "Real"dakı zədəlilərin sayı 5-ə çatıb. Buna qədər Beyl, Karvaxal və Pepe zədədən əziyyət çəkirdi. 

 

Qeyd edək ki, "Real" - "Malaqa" görüşü "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti