Mustafa Dənizli millimizin futbolçusunu çalışdıra bilər

15:58 - 23 Yanvar 2017

Hamza Hamzaoğlu ilə yollarını ayıran Türkiyənin "Bursaspor" klubu baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "timsahlar"ın təklif irəli sürdüyü mütəxəssislərdən biri də Mustafa Dənizlidir. Qardaş ölkə mətbuatının yaydığı məlumata görə, "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısına artıq rəsmi təklif irəli sürülüb. Son olaraq "Qalatasaray"da çalışmış 67 yaşlı çalışdırıcı düşünmək üçün vaxt istəyib.


Qeyd edək ki, millimizin üzvü Dəniz Yılmaz "Bursaspor"da çıxış edir.

 

Xəbər xətti