DÇ-2018-in püşkatması Kremldə

16:44 - 23 Yanvar 2017

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali məlumat verib. Mutko bildirib ki, bu il dekabrın 1-də püşkatma mərasimi Kremldə baş tutacaq.

 

Qeyd edək ki, milli komandamız DÇ-2018-in seçmə mərhələsində Almaniya, Norveç, Şimali İrlandiya, Çexiya və San Marino ilə eyni qrupda mübarizə aparır. Yığmamız 4 turdan sonra 7 xalla qrup 3-cüsüdür.

Xəbər xətti