"Qəbələ" və "İnter"in sabiq futbolçusu Yunanıstan klubunda

17:25 - 23 Yanvar 2017

"Qəbələ"nin sabiq futbolçusu İbrahima Niassenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, seneqallı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. Bu barədə yunan mətbuatı məlumat yazıb. Yayılan məlumata görə, o, Super Liqa təmsilçisi "Levadiakos"la sözləşmə imzalayacaq.

 

Qeyd edək ki, Niasse ölkəmizdə "Qəbələ"dən əvvəl Bakı "İnter"ində çıxış edib. Onun son iş yeri Hindistanın "Deli Dinamos" klubu olub.

Xəbər xətti