Millimizin sabiq üzvü Finlandiya klubunda

17:57 - 23 Yanvar 2017

Azərbaycan millisinin sabiq üzvü Cem Fələkin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi karyerasını Finlandiyada davam etdirəcək. O, bu ölkənin "Rovaniemi" klubu ilə anlaşıb. Tərəflər arasında 1+1 illik sözləşmə imzalanıb.

 

Qeyd edək ki, "Rovaniemi" Finlandiya çempionatında son mövsümü 6-cı pillədə başa vurub.

 

Xatırladaq ki, milliləşdirilmiş futbolçu vaxtı ilə U-17 və U-19 yığmalarımızda çıxış edib.

Xəbər xətti