Türkiyə mətbuatından şok iddia: Prosineçki "Bursaspor"da

18:38 - 23 Yanvar 2017

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor" klubunu çalışdıracaq.

 

Sportal.az xəbər verir ki, məlumatı bu ölkənin "Hürriyet" qəzeti yayıb. Yayılan məlumata görə Hamza Hamzaoğlu ilə yolları ayıran "Bursaspor" millimizin çalışdırıcısı ilə razılığıa gəlib.

 

Qəzet iddia edir ki, tərəflər arasında 2,5 illik müqavilə imzalanması ilə bağlı razılıq əldə edilib. Xorvat mütəxəssis yaxın günlərdə Bursaya gedərək rəsmi sözləşməyə imza atacaq.

 

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabrından milli komandamızı çalışdırır.

Xəbər xətti