Millimizin üzvü əsas komandadan qovuldu

19:13 - 23 Yanvar 2017

Türkiyənin "Kayserispor" klubu 4 futbolçusunu əsas komandadan uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, əvəzedici komandaya göndərilənlərin arasında millimizin üzvü Ufuk Budak da var. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Yayılan məlumata görə, qərar məşqçilər korpusunun raportuna uyğun olaraq hazırlanıb. Budak ya əvəzedici komandadan çıxış etməli, ya da özünü yeni klubun tapmalıdı. 

 

Qeyd edək ki, Ufukun xidmətində "Yeni Malatyaspor"un maraqlı olduğu iddia olunur.

Xəbər xətti