Robert Prosineçki qərarını verdi

23:33 - 23 Yanvar 2017

Millimizin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubunun "sükanı arxası"na keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, bu, baş tutmayacaq. 

 

Sportal.az xəbər verir ki, AFFA və "Bursaspor" klubu arasında baş tutan danışıqlar müsbət yükunlaşmayıb. Belə ki, AFFA xorvat çalışdırıcının "yaşıl timsahlar"a keçidinə icazə verməyib. Prosineçki özü də qarşı tərəfə keçməyə üstünlük verməyib:

 

"DÇ-2018-in seçmə mərhələ oyunları başa çatana qədər Azərbaycan millisindəyəm. Müqaviləmizin uzadılması da gözlənilir. Düzdür, "Bursaspor"dan təklif aldım, düşündüm, amma getmədim. Türkiyədən bir neçə təklif almışdım. Getməyim doğru olmazdı. 4 oyundan sonra qrupda 7 xalımız var. Söz vermişəm ki, seçmə mərhələ bitənə qədər burda qalacam. Sözümün üstündəyəm. Buna görə də danışıqlar uzun çəkmədi".

 

Qeyd edək ki, bu gün "Bursaspor" rəsmisi Yüksel Çolak və menecer Hüseyin Gedik AFFA və Prosineçki ilə danışıqlar aparmaq üçün Bakıya gəlmişdi.

Xəbər xətti