"Qəbələ" itkilərlə çalışdı

00:04 - 24 Yanvar 2017

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 13-cü gününü yekunlaşdırıb.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri bu gün iki hazırlıq keçib. İlk hazırlıq nəzəri məşğələdən ibarət olub. Bu, günün ilk yarısına təsadüf edib. Günün ikinci yarısında isə “qırmızı-qaralar” axşam məşqinə çıxıb. Komanda toplu çalışmalarla məşq edib. Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib. 

 

“Qəbələ” sabah Antalya toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın 4-cü matçdakı rəqibi Makedoniyanın “Şkendiya” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Xatırladaq ki, komanda bunadək Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə görüşüb.

Xəbər xətti