"Borussiya"da yeni müqavilə

00:57 - 24 Yanvar 2017

Dortmund "Borussiya"sı amerikalı hücumçusu Kristian Pulişiçlə yeni müqavilə bağlayıb.

 

Sportal.az xəbər verir ki, klubdan edilən açıqlamada 18 yaşlı futbolçuyla müqavilə müddətinin 2020-ci ilin yayınadək uzadıldığı qeyd edilib.

 

Pulişiç 2015-ci ildən Bundesliqa təmsilçisinin şərəfini qoruyur. O, “sarı-qaralar”ın heyətində meydana çıxdığı 31 oyunda 4 qol vurub.

Xəbər xətti