"Beşiktaş" darmadağınla zirvəyə yüksəldi

01:21 - 24 Yanvar 2017

Türkiyə Super Liqasında 18-ci tura bu gecə baş tutan bir qarşılaşma ilə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, İstanbulun "Beşiktaş" klubu səfərdə "Alanyaspor"un qonağı olub. Matç "qara qartallar"ın 4 - 1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbə ilə xallarını 41-ə yüksəldən Şenol Günəşin komandası turnir cədvəlinin zirvəsinə yüksəlib. "Beiktaş" ən yaxın izləyicisi olan "Başakşəhər"i 2 xal qabaqlayır.

Xəbər xətti