"Qəbələ"nin son sınağı

10:44 - 24 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama matçını keçirəcək. 

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Roman Qriqorçukun yetirmələri buna qədər Albaniyanın “Partizani” klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya “Qaz Metan”ını 1:0 məğlub edib və Qazaxıstanın “Ordabası” komandası ilə qolsuz heç-heçəyə razılaşıb. 

 

18:00. “Qəbələ” – “Şkendiya” (Makedoniya)

Xəbər xətti