"Qəbələ"dən qovulan futbolçunun yeni komandası məlum oldu

14:40 - 24 Yanvar 2017

"Qəbələ"dən qovulan Petar Franyiçin yeni klubunun adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını Sloveniyada davam etdirəcək. O, yüksək liqada çıxış edən “Domjale” klubu ilə anlaşıb. Razılaşmaya əsasən, 25 yaşlı yarımmüdafiəçi gələn mövsümünün sonuna qədər bu komandanın formasını geyinəcək.


Qeyd edək ki, Franyiç Xorvatiyanın "Split" klubundan "Qəbələ"yə transfer edilmişdi. 

 

Xəbər xətti