Aleksandr Səmədov: "Ramil Şeydayevin seçiminə normal baxıram"

15:30 - 24 Yanvar 2017

Moskva "Lokomotiv"indən "Spartak"a transfer olunan Aleksandr Səmədov Rusiya mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu müsahibəsində Azərbaycan yığmasında oynamaq təklifindən imtina etməsindən danışıb:

 

"Bəli, mənə Azərbaycan yığmasında oynamaq təklif olundu. Ancaq başqa qərar verdim. Çünki çox istəyirdim ki, Avropa və dünya çempionatlarında oynayım. Düzdür, bu yarışlar bizim üçün uğursuz oldu. Ancaq bu turnirləri heç vaxt unutmaram. Avropa çempionatında Uelslə oyunda cəmi 20 dəqiqə oynadım. Ancaq mənim üçün bu, çox vacib idi"

 

Səmədov Ramil Şeydayevin millimizin təklifini qəbul etməsinə də münasibət bildirib

 

"Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə normal baxıram. Bu, onun seçimidir".

 

Xəbər xətti