Ramil Şeydayev üçün kolumbiyalı rəqib

19:19 - 24 Yanvar 2017

Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu heyətiniyeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Akhisar Bələdiyəspor"un hücumçusu Huqo Rodalleqanı heyətinə cəlb edib. Kolumbiyalı forvardla razılıq əldə olunub və onunla 3 illik rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Akhisar Bələdiyəspor"un heyətində meydana çıxdığı 17 matçda 4 dəfə fərqlənib.

 

Xəbər xətti