"Lester"in futbolçusu İspaniya klubunda

00:23 - 25 Yanvar 2017

"Lester"in müdafiəçisi Luis Ernandes karyerasını vətənində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi La Liqada mübarizə aparan “Malaqa”ya transfer olub. Bu barədə məlumatı “Lester”in saytı yayıb. İspanlar Ernandesin transferi üçün “tülkülər”ə 1,7 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Ernandes cari mövsümdə "Lester"in heyətində 8 oyunda meydana çıxıb.

Xəbər xətti