"Fənərbaxça" 3 qolla qalib gəldi VİDEO

23:53 - 25 Yanvar 2017

Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Amed Sportif"i qəbul edib. Qarşılaşma "sarı-lacivərtlilər"in 3 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbə ilə xallarını 11-ə yüksəldən "Fənərbaxça" C qrupunu 3-cü pillədə tamamlayıb.

 

"Fənərbaxça" - "Amed Sportif" 3:0

QOLLAR: Salih Uçan, 8, Robin Van Persi, 37, 44 (pen)

 

Xəbər xətti