Patris Evranın yeni klubu məlum oldu

10:08 - 26 Yanvar 2017

"Yuventus"dan ayrılan Fransa millisinin üzvü Patris Evranın yeni klubunun adı müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Təcrübəli futbolçu "Marsel" klubu ilə 1,5 aylıq müqavilə imzalayıb.

 

Evra Fransada daha öncə "Nitsa" və "Monako" çıxış edib.


Qeyd edək ki, Evra "Yuventus"a 2014-cü ildə "Mançester Yunayted"dən transfer edilmişdi.

 

Xəbər xətti