Reynaldo neçə illik müqavilə imzalayır?

10:24 - 26 Yanvar 2017

"Qarabağ"ın Reynaldo transferində "Adanaspor"la razılığa gəldiyini haqda məlumatlısız.


Sportal.az xəbər verir ki, ötən gün ölkəmizdən ayrılan futbolçu bu gün yeni klubu üçün tibbi müayinədən keçəcək. Əgər braziliyalı futbolçunun səhhətində heç bir problem çıxmasa, yeni komandası ilə rəsmi müqaviləyə imza atacaq.

 

"Sambaçı"nın Super Liqa klubu ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir. 

 

Qeyd edək ki, Reynaldo 2013-cü ildə "Anderlext"dən "Qarabağ"a transfer edilmişdi. 

 

Xəbər xətti