Tomas Tuxel yeni transfer haqda: "Onu tanımırdım"

12:00 - 26 Yanvar 2017

Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuxel komandanın yeni transferi Aleksander İsak barədə danışıb.


Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis isveçli futbolçunu komandaya gələnə qədər tanımadığını bildirib:


“Bu transferin reallaşmasında seleksioner-məşqçiləri və klubun idman direktoru böyük rol oynadılar. İsak komandamıza gələnə qədər onu tanımırdım. Mərkəz hücumçusu mövqeyində çıxış edir. Digər gənc futbolçularımız - Əmrə Mor, Dembele, Pulişiç kimi İsaka da böyük ümidlərimiz var”.

 

Qeyd edək ki, "Borussiya" 17 yaşlı forvardı İsveçin AİK klubundan transfer edib.

 

Xəbər xətti