Avropa Liqasının finalı Türkiyədə keçirilə bilər

14:14 - 26 Yanvar 2017

UEFA Avropa Liqasının 2018/19 mövsümünün final qarşılaşması Türkiyədə oynanıla bilər.

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.
 

Türkiyə tərəfi final qarşılaşmasının “Beşiktaş”a məxsus olan “Vodafon Arena”da təşkil edilməsini istəyir. İstanbul klubunun da razılığını alan TFF quruma müraciət edib.


Qeyd edək ki, Türkiyəfə 2005-ci ildə “Atatürk Olimpiya” stadionunda Çempionlar Liqasının final matçı “Liverpul” - “Milan”, 2009-cu ildə isə  “Şükrü Saraçoğlu” stadionunda UEFA Kubokunun (Avropa Liqası) həlledici “Şaxtyor” -“Verder” qarşılaşması keçirilib.

 

Xəbər xətti