"Kəpəz"dən yeni transfer

18:48 - 26 Yanvar 2017

“Kəpəz”in əvəzəedici heyətinə qış fasiləsində bir futbolçu cəlb olunub. 
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat verilib. Mənbədə bildirilir ki, “sarı-göylər” Sahib Abbasov ilə güclənib.
 
Gəncə futbol məktəbinin yetirməsi olan gənc yarımmüdafiəçi ötən mövsüm “Kəpəz”də çıxış etsə də, çempionatın sonunda komandadan ayrılmışdı. Abbasov cari mövsümün ilk yarısını I divizion təmsilçisi “Şəmkir”də keçirib.

Xəbər xətti