Ramilsiz "Trabzonspor" kuboka qələbə ilə vida etdi

19:06 - 26 Yanvar 2017

Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" doğma meydanda "Konyaspor"u qəbul edib. Şeydayevin adının iştirak ərizəsinə daxil edilmədiyi matç Qara Dəniz təmsilçisi 1 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Trabzonspor" qələbə qazanmasına baxmayaraq 1/8 final mərhələsinə yüksələ bilməyib. Belə ki, aktivində 9 xal olan "bordo-mavililər" qrupu üçüncü pillədə tamamlayıb.

Xəbər xətti