"Qəbələ"nin təmsilçilərindən fərqli nəticələr

00:08 - 27 Yanvar 2017

"Qəbələ” Futbol Akademiyasının komandaları 2017-ci ilə start verib. Təmsilçilərimi AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda mövsümün ikinci yarısında ilk oyunlarını keçirib.

 

Sportal.az xəbər verir ki, U-19 və U-16 öz liqalarında ilə fərqli başlayıb. 

 

U-19 “Turan”la ev oyununda böyükhesablı qələbə qazanıb – 7:0. 16 oyunda 40 xal toplayan komanda 2-ci pillədə yer alıb. “Qırmızı-qaralar” liderdən 1 xal geri qalır.

 

“Vətən”in qonağı olan U-16 səfərdən xalsız dönüb – 1:2. 12 turdan sonra hesabında 22 xal olan “Qəbələ” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti